Bacımla mənim növbəti Merfi qanunlarımızdan biri: hədiyyə qismində sevmədiyimiz və istifadə etmədiyimiz ətri alırıq. Hətta parfum mağazasında satıcı aldığımız şeylərin yanına hədiyyə olaraq "probnik" deyilən balaca ətir qoysa, o da həmin ətir çıxır. Söhbət Dior Miss Cherie-dən gedir. Elə qəşəng qaba görə elə kəskin iyi var ki, onu vurub kimdənsə gizlənmək istəsən, səni 100 m radiusunda tapar. Kimdən də soruşuram bəyənmir, amma hamıda var. Fikirləşdim, fikirləşdim və Miss Cherie-in dövriyyə alqoritmini bu cür olduğu qənaətinə gəldim.
- Sizə Miss Cherie hədiyyə ediblər.
- Bu hadisə ilk dəfə baş verirsə, açıb işlədirsiz.
- İlk dəfə deyilsə, saxlayıb kiməsə hədiyyə verirsiz.
Nəticə: Sizə həmisə Miss Cherie hədiyyə edəcəklər :)
P.S. Əgər aranızda onu sevən xanımlar varsa, əlaqə saxlayın, bundan sonra sizinlə paylaşım.
No comments:
Post a Comment