Sunday, March 16, 2014

Ən gözəl xatirələr

     Bir yaşım olanda atam bu cür slaydlarla şəkillərimi çəkmişdi. Onları rəqəmli formata köçürə biləcək adam/servisin olub-olmadığını bilmirəm, yəqin ki yoxdur.  Fotokamera ilə çəkməyə çalışdım və paylaşdığım şəkillər alındı.
Bu slaydlar mənə çox əzizdir və atamdan qalan ən gözəl xatirədir.




















Tuesday, February 11, 2014

Steynbek

Steynbek öz dili, qəhrəmanları və hekayələri ilə ən sevimli yazıçılarımdan biri oldu. Onun əsərləri düşündürür, oxuyandan sonra uzun müddət başında fırlanır və bütün fikirlərini zəbt edir.

İlk tanışlığım "İnsanlar və siçanlar haqqında" əsəri ilə başladı. Lamiyə ilə oxuyub özümüzü Corc və Lenniyə bənzədirdik, Curley də o vaxtki şefimizin oğlu idi. Hər dəfə işdən və həyatdan bezəndə isə "Bizim fermamız, dovşanlarımız olacaq" deyib keçirdik.

Sonra "Mirvari" hekayəsini oxudum. Əsər mirvari çıxaran Kinonun dünyanın ən gözəl mirvarisini tapması və bundan sonra başına gələn faciə haqqındadır. "Mirvari"-nin sonu mənə Çingiz Aytmatovun "Edam kötüyü" əsərini xatırlatmışdı. Məncə əsərin ən gözəl hissəsi proloqu idi:

"In the town they tell the story of the great pearl- how it was found 
and how it was lost again. They tell of Kino, the fisherman, and of his 
wife, Juana, and of the baby, Coyotito. And because the story has been 
told so often, it has taken root in every man's mind. And, as with all 
retold tales that are in people's hearts, there are only good and bad 
things and black and white things and good and evil things and no in-
between anywhere. 

"If this story is a parable, perhaps everyone takes his own meaning 
from it and reads his own life into it. In any case, they say in the 
town that..." 

Və keçən il yarımçıq-qalan-kitablar siyahısında birinci yerdə dayanan "Qayğılarımızın qışı" romanı. Dünən oxuyub qurtardım. Kitab Amerika arzusu, pul, düzlərin düzdə qalması (anamın tez-tez işlətdiyi məsəldir :) ) teoreminin isbatı haqqındadır. Seçim haqqındadır. Ya vicdanlı və dürüst olub uğursuz, kasıb və gözəgörünməz qalmalısan. Ya da əksinə, prinsiplərini qatlayıb sandığa qoyub qıfıllamalısan. Təbiətində pislik etmək olanlar üçün bu çox asandır. Olmayanlar isə hansı yolu seçməyindən asılı olmayaraq əzab çəkəcəklər. Əlbəttə, prinsiplərə tüpürməyin əzabı daha çox olur.

Steynbekin göstərdiyi bu sadə həqiqətdə ən qorxulu və kədərli məqam odur ki, hər birimiz İten ola bilərik. Zira, hər birimizi qova-qova sonda alçaqlıq etməyə məcbur edən cəmiyyət və mühit var. Amma bu səbəb deyil. Bəraət də deyil. Seçim məsələsidir. Əsas seçim etdikdən sonra onunla yaşaya bilməkdir.

P.S. Lamiyə də, mən də ən çox İtenin arvadı Meriyə etdiyi xitabları bəyəndik. Yadımda qalanlar :)
лепешечка моя
моя прелестная жена
моя былинка
моя сонливая старушка
белая моя птица
родная моя родинка
моя прелесть, огонек в тумане жизни
моя козявка
Милая моя каротелька
дорогая моя радость
моя чаша Грааля

P.P.S. Tezliklə əsərdən olan qeydləri kko-da oxuya biləcəksiniz, Lamiyə tərcümə edib :) .


Followers