Monday, December 30, 2013

Dostlara


Hamınıza yeni ildə rəngarənglik arzulayıram! İsti və günəş sevənlərə Avstraliyaya, qışı xoşlayanlara Soçi Olimpiadasına putyovka, aşiq olmaq istəyənlərə Amurun düzgün nişan almasını, yeni iş istəyənlərə savadlı və insaflı HR, pişik istəyənlərə Grumpy cat, dünyanı dolanmaq istəyənlərə hava şarı, kitab, blog-post, şeir və s. yazmaq istəyənlərə tükənməyən ilham, arıqlamaq istəyənlərə (bunu özümçün yazdım) iradə, iradəli olmaq istəyənlərə qətiyyət, qətiyyətli olmaq istəyənlərə də cəsarət arzulayıram. Sevdikləriniz yanınızda, sevmədikləriniz sizdən çox uzaqlarda olsun.

Bu il mənim ən çətin günlərimdə yanımda olan, ürək-dirək verən anama, bacıma, ən yaxın rəfiqələrimə və dostlarıma təşəkkür edirəm. Sizi çox istəyirəm, yaxşı ki varsınız. <3

Bloqumu oxuyan, izləyən, paylaşan hər kəsə təşəkkür edirəm.


Monday, December 23, 2013

İlin kitabları - 2013

Təəssüf ki, bu il çox kitab oxuya bilmədim. Depressiya böyük idi :)
Ənənəyə sadiq qalaraq bu ilki kitablardan 10-nu bir sözlə ifadə etməyə çalışdım. Onu da deyim ki, bəzi əsərlər üçün həmin o bir sözü seçmək çox çətindir. Məsələn, "Anna Karenina"-nı hansı sözlə ifadə edəsən? Mən o sözü tapa bilmədim.




1. Tennesi Villiams "Arzu tramvayı"
Ümidsizlik

2. Markus Zusak "Kitab oğrusu"
Sözlər

3. Con Faulz "Kolleksiyaçı"
Zirzəmi

4. Muriel Barberi "Kirpinin zərifliyi"
Gizlənpaç

5. Ejen İonesko "Keçəl müğənni"
Absurd

6. Volter "Kandid"
Axtarış

7. Skot Fitzcerald "Zərifdir gecə"
Yanılma

8. Xalid Hüsseyni "Və dağlardan səda gəldi"
Peşmanlıq

9. Con Steinbek "Mirvari"
Faciə

10. Stendal "Məhəbbət haqqında"
Məhəbbət

Friday, December 6, 2013

Invictus - Fəth edilməz

Bu gün Madiba - Nelson Mandelanın günüdür. Bu münasibətlə 2009-cu ildə Klint İstvudun çəkdiyi "Invictus" filminə baxdım. Mandela rolunu canlandıran Morqan Frimanı daha çox istədim. Kinoda 1995-ci ildə CAR-da keçirilən Reqbi üzrə dünya kubokundan bəhs edilir. Filmin əsas hissəsini reqbi təşkil etsə də, məncə o, bağışlama və barışıq haqqındadır. Filmin adı ingilis şairi Ernest Henlinin şeirindən götürülüb. Bu şeiri Mandela bir vərəqə yazıb reqbi komandasının kapitanı Frasua Pienara bağışlayır. Şeiri çox bəyəndim.

Непокорённый

Из-под покрова тьмы ночной,
Из чёрной ямы страшных мук
Благодарю я всех богов
За мой непокорённый дух.

И я, попав в тиски беды,
Не дрогнул и не застонал,
И под ударами судьбы
Я ранен был, но не упал.

Тропа лежит средь зла и слёз,
Дальнейший путь не ясен, пусть,
Но всё же трудностей и бед
Я, как и прежде, не боюсь.

Не важно, что врата узки,
Меня опасность не страшит.
Я — властелин своей судьбы,
Я — капитан своей души.

Invictus


Out of the night that covers me,
Black as the pit from pole to pole,
I thank whatever gods may be
For my unconquerable soul.

In the fell clutch of circumstance
I have not winced nor cried aloud.
Under the bludgeonings of chance
My head is bloody, but unbowed.

Beyond this place of wrath and tears
Looms but the horror of the shade,
And yet the menace of the years
Finds and shall find me unafraid.

It matters not how strait the gate,
How charged with punishments the scroll,
I am the master of my fate
I am the captain of my soul.

Thursday, December 5, 2013

Dəlilər

Baş qəhrəmanının ağlını itirməsi ilə bitən əsərləri təsnif etmək qərarına gəldim. Niyəsini soruşmayın, özüm də bilmirəm. Sizin də yadınıza düşənlər varsa, deyin əlavə edim. Axırda siyahını Britaniya alimlərinə göndərərik :)

  •  F.M.Dostoyevski "İdiot" - Knyaz Mışkin

  • M.Y.Lermontov "Maskarad" - Yevgeni Arbenin

  • Deniel Kiz "Elcernon üçün güllər" - Çarli Qordon


  • Tennesi Villiams "Arzu tramvayı" - Blanş Dübua


  • Aleksandr Belyayev "Amfibiya-adam" - Baltazar

  • A.P. Çexov "6 nömrəli palata" - Andrey Raqin 

Followers