- Onun doğulmasını səbirsizliklə gözləyirlər, oğlan olduğunu biləndə isə toy-bayram olur;
- Danışmağa başlayandan bəri "Bir dənə babaya (nənəyə, əmiyə, dayıya və s.) söy" xahişlərilə söz bazasını zənginləşdirir;
- Kiçik toyuna çəkilən məsrəf böyük toyuna çəkilən xərcdən az olmur;
- Məktəbdə ibtidai sinfi əla qiymətlərlə bitirsə də, yuxarı sinifləri oxumağa hövsələsi çatmır;
- İnstituta girməlidir (ya öz zəhməti hesabına, olmasa da atası bir şey fikirləşəcək), çünki əsgərliyə getmək bütün ailə üçün faciədir;
- Ali məktəbin auditoriyalarından çox çayxanalarına öyrəşib. Dörd il gəlib-gedir, imtahanlar, diplom işi kimi problemlərini evdəkilər həll edir;
- Magistraturaya girməlidir, çünki əsgərliyə getmək bütün ailə üçün faciədir;
- Artıq işləmək vaxtıdır, evdəkilər iş tapır;
- Artıq evlənmək vaxtıdır, evdəkilər qız tapır;
- Tapılan qızı bir qayda olaraq bəyənir, yeni qohumları özününkülərdən ayırmır, hətta daha çox istəyir;
- Evdəkilər təmtəraqlı toy edir;
- Toydan sonra sürətli kökəlir və bununla fəxr edir;
- Toydan bir il keçməmiş oğlu olur və TARİX TƏKRARLANIR.
Friday, December 16, 2011
Orta statistik Azərbaycan kişisinin həyat breakpoint-ləri...
Orta statistik Azərbaycan kişisi:
Subscribe to:
Post Comments (Atom)
Bunun orta statistik göstərici olduğuna inanmasam da maraqlı məlumatlardı:) Qızlar üçün də belə bir statistika çıxarsaz maraqlı olar. Amma onları təndiq eləməyə əliniz gəlməz ;)
ReplyDeleteveziyyetin gergin noqtelerini qeyd elememisen)
ReplyDelete