Tuesday, October 18, 2011

İnsanları tanımaq üçün...



Bəzi insanları tanımaq üçün sadəcə ağızlarını açıb bir-iki cümlə söyləmələrini gözləməlisən.

Bəzi insanları tanımaq üçün onlarla birlikdə çalışmalısan.

Bəzi insanları tanımaq üçün özünü onlara tanıtmalısan.

Bəzi insanları tanımaq üçün dünyadan köçmələrini gözləməlisən.

Bəzi insanları tanımaq üçün onların övladları haqqında danışmasına qulaq asmalısan.

Bəzi insanları tanımaq üçün onlardan uzaqlaşmalısan ki, mənzərəni bütöv seyr edəsən.

Bəzi insanları tanımaq üçün bir az diqqətli olmalısan.

Bəzi insanları tanımaq üçün ilk xəyanətlə üzləşməlisən.

Bəzi insanları tanımaq üçün sadəqətlərini görməlisən.

Bəzi insanları tanımaq üçün gözlərini açıb, həm də baxmalısan.

Bəzi insanları tanımaq üçün gözlərini yumub ürəyini açmalısan.

Bəzi insanları tanımaq üçün məntiqini də köməyə çağırmalısan.

Bəzi insanları tanımaq üçün bağışlamalısan.

Bəzi insanları tanımaq üçün bağışlanmalısan.

No comments:

Post a Comment

Followers