Tuesday, May 24, 2011

Sərgidə bir rəsmin qarşısında...

Sərgidə bir rəsmin qarşısında...

Fikirlər:
  • Əksəriyyət: Bunu mənim uşağım da cızma-qara edər.
  • Ziqmund Freydi təzəcə oyuxub qurtaran biri: Deyəsən rəssamın uşaqlıqda çox dərin psixoloji travması olub.
  • Şopaqolik: Nə gözəl çərçivəsi vaaaar, salonumun divarlarına yaraşacaq.
  • Pofiqist: Mənasız.
  • Proqramçı: Buna dynamic distortion effekti versəydi daha yaxşı olardı.
  • Feminist: Qadın rəssamların çəkdikləri bunlardan min dəfə mənalı, ağıllı və zövqlüdür.
  • Müəllif: Görəsən bunu anlayan tapılacaq? Onlar axı dünyanı mənim kimi görə bilmirlər.
Sözlər:
  • Əksəriyyət: Gözəl rəsmdir, bəyəndim.
  • Ziqmund Freydi təzəcə oyuxub qurtaran biri: Əla, bu insanın şüuraltı fikirlərinin üzə çıxmasından yaranmış bir əsərdir.
  • Pofiqist: (susur)
  • Şopaqolik: Super, bundan satışda olacaq?
  • Proqramçı: like!
  • Feminist: Qadın rəssamların çəkdikləri bunlardan min dəfə mənalı, ağıllı və zövqlüdür.
  • Müəllif: Dostlar, hamınıza təşəkkür edirəm!

No comments:

Post a Comment

Followers