"5 mərtəbəli binanın 6-cı mərtəbəsi"-dən "11 dəqiqəyə"-ə.
Fotoqraf Əhməd dayının yumşaq oyuncaqlar düzülmüş photo-studiyasından "filankəs filankəsov photography" səhifələrinə.
Poçt qutusu qarşısında aciz qalan Novruzəlidən Bankomatdan istifadə etməyi bacarmayan Bayraməliyə.
"Tarixi Nadir"i yarıya kimi oxuyub heç nə anlamadıqlarını iddia edənlərdən Kafka-nı oxuyub hər şeyi anladıqlarını zənn edənlərə.
P.S. Göründüyü kimi, forma dəyişib məzmun isə olduğu kimi qalıb.
No comments:
Post a Comment