Baş qəhrəmanının ağlını itirməsi ilə bitən əsərləri təsnif etmək qərarına gəldim. Niyəsini soruşmayın, özüm də bilmirəm. Sizin də yadınıza düşənlər varsa, deyin əlavə edim. Axırda siyahını Britaniya alimlərinə göndərərik :)
- F.M.Dostoyevski "İdiot" - Knyaz Mışkin
- M.Y.Lermontov "Maskarad" - Yevgeni Arbenin
- Deniel Kiz "Elcernon üçün güllər" - Çarli Qordon
- Tennesi Villiams "Arzu tramvayı" - Blanş Dübua
- Aleksandr Belyayev "Amfibiya-adam" - Baltazar
- A.P. Çexov "6 nömrəli palata" - Andrey Raqin
Anton Çexov - 6 nömrəli palatanı da əlavə et. Sırf sonda ağlını itirən deməsəydin, siyahını çox uzatmaq olardı. Hamlet, Don Kixot, Holden Koulfild kimiləri də ədəbiyyatın dəliləri saymaq olar :) Fitzceraldın "Zərifdir gecə" əsərini də əlavə etmək olar. Hadisələrin dəlixanada cərəyan etdiyi iki əsər var ki, mən onları çox bəyənirəm. Onlardan biri "I never promised you a rosegarden", o biri isə "Girl, interrupted" əsəridir. Sonuncunun filmində Ancelina Coli çəkilib. Amma mənim ən sevdiyim dəli obrazı Xose Arkadio Buendiyadır. Ondan soruşanda ki, səni niyə ağaca bağlayıblar, deyir: "Dəliyəm dəə, görmürsüz?" :))
ReplyDeleteÇox sağ ol, Sabina, əlavə elədim. Hələ Buendiyanın latın dilində danışması :)))
DeleteDüz deyirsən, məsələnin şərtini elə qoymuşam ki, bütün dəliləri əlavə eləyə bilmirəm :) Yoxsa birinci Bricit demiş "сумасшедшая тетка Мистера Рочестера"-nı yazardım. Tərəddün elədiyim bir personaj da Hitklifdi, görəsərn sevdiyin adamın gözünə görünməsi dəlilik sayılır? )
P.S. Fitzceraldın Nikolu əksinə əsərin axırına ağıllanır (Dikdən zəhləm gedir bu arada), nə vaxtsa əks siyahı düzəltmək istəsək, birinci namizəddir :D
Hə, elə mən də Diki nəzərdə tuturdum, axırda Nikol ağıllanır, Dik isə ağlını itirir. Ya da demək olar ki, itirir... :)
DeleteElə ildırımlı aşırım da dəlilərdən boldu :)
Bricitdən söz düşmüşkən, bu günlərdə həmin filmin ikinci hissəsi yenə yadıma düşdü, bir daha baxdım. Missis Dalloueyin ünvanına elə təhqiramiz bir ifadə eşitdim ki, həm təəccübləndim, həm də gülmək tutdu :))
o hissə mənim də yadımda deyil, Üçüncü film və kitabı gözləyirəm. :)
DeleteÜmumiyyətlə, Bricit sevimli personajlardandı, rəfiqələrimlə mənim simvolumuzdur, Həmişə onun kimi mənasız vəziyyətlərə düşürük :D