Thursday, January 1, 2015

İlin kitabları - 2014

Lamiyə ilə ənənəmizə uyğun olaraq, 2014-də oxuduğum əsərlərdən ən yadda qalanlarını bir sözlə ifadə etməyə çalışdım. 

1. İsmayıl Şıxlı "Dəli Kür" - Patriarxat
İsmayıl Şıxlı cəmiyyətimizdə qadınlara qarşı olan münasibəti açıq-aydın təsvir edib. Onlarla necə gəldi rəftar etmək - qaçırmaq, döymək, məktəbə qoymamaq olar. Onların fikri, istəkləri heç kimə maraqlı deyil. Təəssüf ki, bu cür düşüncəli insanlara, ailələrə hələ də rast gəlmək mümkündür.



2. Frans Kafka "Məhkəmə" - Azərbaycan
Başqa sözə ehtiyac varmı?! Məncə yox.



3. Martin Paj "Mən necə idiot oldum" - Hüzur axtarışı
Bu əsəri mən də, bacım da Volterin "Kandid"-inə bənzətmişdik. Onun qədər istehzalı, maraqlı və ümidsiz idi.




4. Erlend Lu "Qadının hökmranlığı altında" - Arvadağız (подкаблучник)




5. Ayris Merdok "Dəniz, dəniz" - Vudi Allen 
İşindən, diqqətdən bezmiş yaşlı rejissor hamıdan qaçıb dəniz kənarında köhnə, böyük bir evə köçür. Əsər onun memuarları kimi başlayır, get-gedə gündəliyə çevrilir. Oxuduqca qəhrəmanı Vudi Allen kimi təsəvvür edirdim, səbəb qəhrəmanın yumor hissi, şöhrətpərəstliyi və s. idi.



6. Con Steynbek "Qayğılarımızın qışı" -  Pul və ya Seçim
Steynbekin bütün əsərləri gözəldir. 

7. Anna Qavalda "Otuz beş kq ümid" - Holden Kolfild
Lamiyənin tərcüməsində Anna Qavaldanı ilk oxuyan xoşbəxtlər arasındayam. Əsər mənə Selinceri xatırlatmışdı. Elə bil Holdenin uşaqlığını oxuyurdum. Yeri gəlmişkən, kitab bu yaxınlarda nəşr olunub, onu kitab mağazalarından əldə edə bilərsiniz.




8. Nik Hoakin "İki göbəyi olan qadın" - Yuxu
Kitabı oxuduqca adam reallıqla yuxunu qarışdırırdı, kimin yalan kimin doğru danışdığını ayırd edə bilmirdi. Cənub-şərqi Asiya yazıçılarından ilk oxuduğum əsər oldu. "Proqres" adlı kitaba romandan əlavə həm də Hoakinin seçilmiş hekayələri də daxil idi.




9. Culian Barns "Baxış Üçbucağı", "Sevgi və s." - Xudbinlik
Əsərdəki hadisələr iki dost - Oliver, Stüart və Stüartın arvadı Cillianın adından danışılır. Hekəyəyə hərdən başqa personajlar da qoşulur. Culian Barns bu ilki yazıçı kəşflərimdən oldu, çox bəyəndim.

10. Anna Bronte "Aqnes Qrey" - "introvert adamlar" və ya "all by myself mahnısı"


 11. Corc Bernard Şou "Kandida" - seçim
Və ən sevimli qeydim :)












2 comments:

  1. Maraqlı siyahıdır, Sevinc. Mən də illik hesabatımı dünən yaza bildim. Həmişəki olduğu kimi yeni yazıçılar tapıb çıxarırsan :) Mən Ayrisin qalın bir kitabını Tbilisidə gördüm, amma həddən artıq baha idi, almadım. Həm də o qədər kitab almışdım ki, onsuz da daşıya bilməyəcəkdim. Bakıda görsəm, alacağam, o yazıçı mənə maraqlı gəlir. Özü də səndən başqa heç kəsdən sorağını eşitməmişəm :) Bir də Lamiyənin tərcümə etdiyi kitabı heç yerdə tapa bilmirəm. A&N deyir ki, bizə hələ gəlməyib.
    Yeni ilin mübarək!

    ReplyDelete
  2. Sənin də yeni ilin mübarək, Səbinə! :)
    Ayrisin kitabını mənə iş yoldaşım vermişdi (btw, kitabdakı qeydləri hələ də tərcümə edirəm :) ). Əvvəli çox maraqlı olsa da, axıra yaxın türk serialları kimi uzanırdı. Amma yenə də oxumağa dəyərdi.
    Culian Barnsı Lamiyə səbəbli oxudum, sonra Musa da onun başqa bir kitabını məsləhət görmüşdü. Gərək onu da oxuyum :)

    ReplyDelete

Followers