Friday, December 28, 2012

YENİ İLANİZ MÜBARƏK!

"Yalansa, ilan vursun." - zarafatla və ya zarafatsız ən çox işlətdiyimiz məsəl/qarğış/bədduadır. Üstəlik ilan sözünün əvvəlinə hadisəyə, şəraitə uyğun bir təyin də tapıb əlavə edirik. Yadımdadır bir dəfə rəfiqəmlə bir nəfər üçün "yalansa, gülümsəyən ilan vursun." deyib, sonra ilanın necə üzündə təbəssümlə çaldığını təsəvvür edib xeyli gülmüşdük, amma hadisə özü yadıma düşmədi, yoxsa yazardım. Hiss edirəm ki, bu ilki yeni il təbriklərində millətimiz bu cümlədən doyunca (ən azı ürəklərində) istifadə edəcək. 

Bu arada, yeni il mövzusunda xəbərlərə baxsanız görərsiniz ki, hamı ilanla bağlı simvolik bir şeyi süfrəyə düzməyə çalışır. Ümumiyyətlə, bu prosesi hər il müşahidə edirəm. Hətta keçən il xalqımız əjdahanın da qida rasionunu hardansa tapmağa müvəffəq olmuşdu (əjdaha otyeyən imiş). Bu il də ilan yemədikləri üçün (məlum məsələdir, dünyanın hər altıncı qıyıqgözlü insanı deyilik), ilanın qidalandığı balaca heyvanları bişirməyi qərara alıblar. Məsələn, dovşanı. Uğur gətirəcəkmiş. Yalansa, uğurlu bir ilan vursun.

P.S. Yadıma sevimli əsərimdən fraqment düşdü:  
"İlanlar dərilərini dəyişirlər ki, ruhları yaşlanaraq çiçəklənsin. Biz – insanlar ilanlara oxşamırıq. Biz ruhumuzu dəyişib dərimizi saxlayırıq." (Qurban Səid "İstanbullu qız")

2 comments:

  1. İstanbullu qızı tapmaq lazımdı! :) oxumaq isterdim. P. S. Ne ili olmasından asılı olmayaraq... Mübarek olsun.

    ReplyDelete
    Replies
    1. Kitabı rusca bütün kitab mağalarından tapa bilərsiniz. :)

      Delete

Followers