Tələblər
- Müdirin yaxın qohumu olmaq.
- Ən azı iki il qohum olan müdirə bayramlarda zəng edib, hədiyyə almaq.
- Xəbərçilik etmək bacarığı.
- İngilis və rus dillərini bilməsə də olar, yaltaqlıq dilini bilmək.
- Müdirin tapşırığı ilə digərlərinin işində səhv tapmaq bacarığı.
- Konfetin, iş ləvazimatlarının satıldığı ən ucuz yerləri bilmək.
- Microsoft Word-də mətn yığa bilmək qabiliyyəti (Birdən lazım olar).
- Kimin nə iş gördüyünü idarə etmək.
- Yatan, telefonla danışan, ayaqyoluna gedən işçiləri qeyd etmək və operativ surətdə çatdırmaq.
- Yatmaq, telefonda saatlarla danışmaq.
- Öz kompyuterində gözünü ancaq və ancaq desktopa zilləmək.
- Başqalarının monitoruna göz qoymaq.
- Qohum olan digər işçilərin "hüquqlarını" qorumaq.
- Tum çırtlamaq.
- Söhbət etmək.
İş rejimi
Bazar ertəsi-Cümə günləri, 09:00 - 18:00
Əməkhaqqı
Real işləyəndən çox.
Əlaqə
CV-nizi göndərməyin, onsuz da sizi seçmişik.
No comments:
Post a Comment